“Mobil notariat” tətbiqinin istifadəçi auditoriyası ötən illə müqayisədə 2 dəfə artıb və rekord həddə çataraq 2 milyon 300 mini ötüb.
Herbiand.az bildirir ki, bu barədə Ədliyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, hər gün orta hesabla 3700 elektron notariat hərəkəti məhz bu tətbiq üzərindən rəsmiləşdirilir. Həmçinin, tətbiq üzərindən göstərilən 17 notariat xidmətinin "myGov" portalı vasitəsilə də vətəndaşlara təqdim olunması təmin edilib.
Qeyd edilib ki, rəqəmsallaşma tədbirləri penitensiar sistemi də əhatə edib. Belə ki, bu çərçivədə ötən il istifadəyə verilmiş məhkumların distant müayinəsi, eləcə də məhkumlarla görüşlərin onlayn qeydiyyatı xidmətlərinə 5 penitensiar müəssisənin qoşulması təmin edilib və artıq 900-dən çox şəxs bu xidmətlərdən yararlanıb.