Baltik Donanmasının "Perekop" təlim gəmisi Qvineya Respublikasındakı səfərini başa vuraraq Konakri limanından yola düşüb. Səfər zamanı heyət rəsmi, mədəni və idman tədbirlərində iştirak edib.
Herbiand.az bu barədə Rusiya Müdafiə Nazirliyinə istinadən bildirir.
Gəmi heyəti Qvineya Hərbi Dəniz Qüvvələri və Konakri dəniz bazasının komandanlığı ilə görüşlər keçiriblər. Gəminin yaxınlığındakı körpüdə Rusiya Hərbi Dəniz Qüvvələrinin sualtı qüvvələrinin 120 illiyinə həsr olunmuş tematik sərgi nümayiş etdirilib.
Səyahət zamanı Rusiya və Qvineya dənizçiləri arasında dostluq futbol matçı və kəndir çəkmə yarışı keçirilib.
Qvineyadan olan kursantlar təcrübə keçmək üçün Konakri limanında təlim gəmisinə gəliblər. Onlar Admiral Uşakov adına Baltik Hərbi Dəniz Məktəbinin kursantları ilə birlikdə naviqasiya təlimi keçəcəklər.
Bəxtiyar CƏFƏRLİ