Advertisment

Almaniya Virtus və HX-2 dronlarını uğurla sınaqdan keçirib

Almaniya Stark şirkətinin Virtus və Helsing şirkətinin HX-2 dronlarının döyüş sınaqlarını uğurla həyata keçirib.

Herbiand.az xarici mətbuata istinadən bildirir ki, noyabr ayında baş verən atışlar yeni zərbə sistemlərinin ilk tədarükünün həyata keçirilməsinə və 2026-cı ilin sonuna qədər hərbi personalın onlardan istifadə üçün təlimin başlanmasına səbəb oldu.

Sınaqlar Bundesverin Meppendəki ixtisaslaşmış sınaq poliqonunda keçirilib. Hərbçilər dronların təyin olunmuş hədəfləri vurmaq qabiliyyətinə və birbaşa zərbə zamanı döyüş başlıqlarının effektivliyinə diqqət yetiriblər.

Bəxtiyar CƏFƏRLİ