Advertisment

Pentaqon Patriot raketlərinin Ukraynaya çatdırılmasını hələ təsdiqləməyib

Patriot kompleksləri üçün 60 ədəd tutucu-raketlərin Ukraynaya çatdırılması yubanır. ABŞ və Ukrayna arasında bununla bağlı əvvəlcədən razılaşma olub. Xüsusən raketlər ABŞ-ın Avropadakı hərbi bazaların arsenallarından veriləcək. Lakin raketlərin verilməsi üçün hələ Pentaqonun razılığı olmayıb.

Herbiand.az bu barədə The Financial Times nəşrinə istinadən bildirir.

Nəşrin mənbələrinə görə, gecikmə Pentaqon rəhbəri Pit Heqsetlə əlaqələndirilir. Söhbət PAC-2 və PAC-3 raketlərindən gedir.

Bəxtiyar CƏFƏRLİ