Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 28-də yunanıstanlı həmkarı Konstantinos Tasulas ilə görüşəcək.
Herbiand.az xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Bürhanəddin Duran məlumat verib.
O, sosial şəbəkə hesabında etdiyi paylaşımda görüşün İstanbulda keçiriləcəyini bildirib.
Keçiriləcək görüş iki ölkə arasında siyasi münasibətlərin və regional əməkdaşlığın müzakirəsi baxımından əhəmiyyət daşıyır.
Qeyd edək ki, Türkiyə ilə Yunanıstan arasında münasibətlərin yaxşılaşdırılması və qarşılıqlı əməkdaşlığın genişləndirilməsi iki ölkənin gündəliyində duran əsas məsələlərdəndir.
Aydın