Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) Ermənistanın təşkilatdan çıxarılması məsələsini gündəmə gətirmir.
Herbiand.az xəbər verir ki, bunu KTMT-nin baş katibi Talatbek Masadıkov mətbuata müsahibəsində deyib.
Onun sözlərinə görə, Ermənistan təşkilat çərçivəsində təhlükəsizlik təminatlarını saxlayır: "Ermənistanın səsvermə hüququnun məhdudlaşdırılması isə maliyyə intizamı tələblərindən irəli gələn məcburi tədbirdir".
Talatbek Masadıkov bildirib ki, təşkilatın nizamnaməsinə əsasən, iki ildən artıq borcu olan ölkənin səsvermə və kvota üzrə vəzifələrə namizəd irəli sürmək hüququ məhdudlaşdırılır.