Gürcüstanın Ankaradakı səfiri Arçil Kalandia Batumidə "Beşiktaş" azarkeşlərinə qarşı polis müdaxiləsi ilə bağlı Türkiyə Xarici İşlər Nazirliyinə çağırılıb.
Herbiand.az xəbər verir ki, bu barədə TRT Haber məlumat yayıb.
Nazirlikdə keçirilən görüşdə Batumidə “Beşiktaş” və “Hapoel Beer-Sheva” komandaları arasında UEFA Avropa Liqasının oyunu zamanı baş verən hadisələrlə bağlı Türkiyənin etirazı Gürcüstan tərəfinə çatdırılıb və insidentə dair müxtəlif sübutlar təqdim olunub.
Ankara hadisələrin bütün təfərrüatlarının obyektiv araşdırılmasını, Türkiyə vətəndaşlarına qarşı qeyri-mütənasib güc tətbiqində iştirak edən şəxslərin müəyyənləşdirilməsini və onların barəsində qanunvericiliyə uyğun hüquqi tədbirlərin görülməsini tələb edib.
Aydın
Herbiand.az