Advertisment

Rusiya 5 saniyədən bir atəş aça bilən unikal yerüstü robot sistemi yaradıb

Rusiya hər beş saniyədən bir yeni minaları avtomatik olaraq atəş aça bilən unikal yerüstü robot sistemi yaradıb. Robotun adı “Baqulnik-82” adlanır.

Herbiand.az bildirir ki, bu barədə Amerikanın 19FortyFive nəşrinin köşə yazarı Ruben Conson yazıb.

Müəllif yeni sistemi “Putinin robotları” adlandırıb və onlardan qorxduğunu qeyd edib.

Conson qeyd edib ki, “Baqulnik-82” robotunun minaatan modulu olan fırlanan qülləsi var. Həmçinin, robot avtomatik atəş sisteminə malikdir ki, bu da onun insan müdaxiləsi olmadan atəş açmasına imkan verir. Köşə yazarı vurğulayıb ki, yeni robotların yazın sonu və ya yayın əvvəlində xüsusi hərbi əməliyyat zonasında peyda olması gözlənilir.

Conson bildirib ki, avtomatik atəş sisteminin istifadəsi Rusiyanın yeniliklərindən biridir və əvvəllər pilotlu tankların hazırlanmasında uğurla tətbiq edilib.

Bəxtiyar CƏFƏRLİ