Advertisment

Lerikdə yük maşını dərəyə aşıb, ölən var

Lerikdə yük maşını dərəyə aşıb.

Herbiand.az -ın xəbərinə görə, hadisə bu gün Lerik rayonu ərazisində qeydə alınıb.

Astara sakini 1999-cu il təvəllüdlü Həmzə Mirseyidzadənin idarə etdiyi "QAZ-66" markalı yük avtomobili idarəetmədən çıxaraq dərəyə aşıb. Sürücü Lənkəran rayon mərkəzi xəstəxanasına hospitalizasiya olunsa da, həkiməqədər ölüm faktı baş verib.

Faktla bağlı araşdırma aparılır.