Ukrayna Prezidenti Volodimir Zelenski Ali Radaya hərbi vəziyyət və ümumi səfərbərliyin daha 3 ay uzadılması ilə bağlı qanun layihələrini təqdim edib.
Herbiand.az bildirir ki, "Ukraynada hərbi vəziyyətin uzadılması haqqında" və "Ümumi səfərbərlik müddətinin uzadılması haqqında" prezident fərmanlarını təsdiq edən müvafiq qanun layihələri parlamentdə qeydiyyata alınıb.
İzah qeydinə əsasən, dövlət başçısı parlamentə Ukraynada hərbi vəziyyətin 4 may 2026-cı il saat 5:30-dan 90 gün müddətinə uzadılmasını təklif edir. Həmçinin, ümumi səfərbərlik müddətinin də 90 gün uzadılması təklif olunur.
Bəxtiyar CƏFƏRLİ