Advertisment

Rusiya SSRİ-də sahib olduğu hər şeyi geri almaq istəyir - NATO admiralı

Rusiya bir vaxtlar SSRİ-nin nəzarətində olan bütün əraziləri geri almağa çalışır, ona görə də işğal təhlükəsi yalnız Baltikyanı ölkələr üçün mövcud deyil.

Herbiand.az xəbər verir ki, bunu NATO admiralı Cüzeppe Kavo Dragone bunu RBC-Ukraynaya verdiyi müsahibədə bildirib.

O, Rusiyanın hərbi gücünü artırmağa davam edəcəyini və NATO üçün bir nömrəli təhlükə olaraq qalacağını vurğulayıb.

Rusiyadan Avropa ölkələrinə qarşı hər hansı qısa və ya orta müddətli təhdidlərin olub-olmadığı və 2022-ci ildə Ukraynadakına bənzər birbaşa işğalın mümkün olub-olmadığı ilə bağlı suala cavab olaraq Dragone hibrid və qeyri-ənənəvi təhdidlərin baş verdiyini və mövcud olmağa davam edəcəyini bildirib.

"Rusiyanın əvvəllər sahib olduğu əraziləri, yəni SSRİ-nin dağılmasından əvvəlki dövrü geri almağa çalışacağını gözləyə bilərik. Buna görə də hədəfin kim ola biləcəyini müəyyən etməyi sizə buraxıram", - deyə admiral bildirib.

Baltikyanı ölkələri nəzərdə tutub-tutmadığı soruşulduqda, Dragone cavab verib ki, bu, "yalnız onlar deyil".

“Amma biz özünümüdafiə, çəkindirmə və 360 dərəcə qorunmaya diqqət yetiririk. Biz Arktikada, Şərqdə mövcuduq və Cənubdakı vəziyyəti yaxından izləyirik”, - deyə o vurğulayıb.