Advertisment

Tramp sui-qəsd cəhdi günü zarafatlarla dolu nitq söyləməyi planlaşdırırdı

ABŞ Prezidenti Donald Tramp Ağ Ev Müxbirləri Assosiasiyasının şam yeməyindən əvvəl çıxışını "şəhərdəki ən isti mərasim" adlandırıb və qabaqcadan hazırlanmış zarafatlarla dolu nitq söyləməyi planlaşdırırdı.

Herbiand.az bildirir ki, bu barədə The Wall Street Journal (WSJ) nəşri xəbər verib.

"O və müşavirləri hazırlanmış nitqi zarafatlarla, o cümlədən öz kabinetinin üzvlərinə yönəlmiş tikanlı sözlərlə doldurmuşdular", - məlumatda deyilir.

Qeyd edək ki, 25 aprel axşamı Vaşinqtondakı Washington Hilton otelində Donald Trampın qatıldığı Ağ Ev Müxbirləri Assosiasiyasının şam yeməyi zamanı atışma olub. Silahlı şəxs zala girməyə cəhd edib və atəş açıb.

Bəxtiyar CƏFƏRLİ