Estoniya hakimiyyəti HIMARS çoxmənzilli raket sistemlərindən buraxıla bilən raketlər də daxil olmaqla, uzun mənzilli raketlərin tədarükü üçün bir neçə şirkətlə danışıqlara başlayıb.
Herbiand.az bildirir ki, bu barədə Estoniya Müdafiə Nazirliyindən məlumat verilib.
Məlumata görə, ölkə Amerikanın Anduril Industries şirkətindən Barracuda qanadlı raketini almaqda maraqlıdır. Estoniyanın müdafiə naziri Hanno Pevkurun sözlərinə görə, bu, bir neçə mümkün variantdan biridir, lakin son qərar qiymətdən və Estoniya Müdafiə Qüvvələrinin ehtiyaclarından asılı olacaq.
Bəxtiyar CƏFƏRLİ