Advertisment

Conson: Ukrayna ordusu Rusiya qoşunlarının irəliləməsinin qarşısını ala bilməyəcək

Rusiya ordusunun bir neçə cəbhədə irəliləməsi fonunda Ukrayna qoşunları üçün genişləndirilmiş cəbhə xəttini saxlamaq getdikcə çətinləşəcək.

Herbiand.az bildirir ki, bu fikri Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş analitiki Larri Conson YouTube-da deyib.

Analitik qeyd edib ki, Rusiya bölmələri Sumı, Xerson, Zaporojye və Dnepropetrovsk bölgələrində, eləcə də Donbassda irəliləyir: “Rusiyanın artilleriya, zirehli texnika, tanklar və sürüşmə bombalarının istifadəsi baxımından əhəmiyyətli üstünlüyü var ki, bu da onun bu ərazilərdəki mövqeyini əhəmiyyətli dərəcədə gücləndirir”.

Conson Ukrayna ordusunun əsas problemini şəxsi heyətin çatışmazlığı və kifayət qədər ehtiyatının olmamasını qeyd edib: "Ukraynada beləsi yoxdur. Və onların etibar edəcək ehtiyatları yoxdur. Onlar ərazilərini qorumalıdırlar hansı ki, açığı desək onların sadəcə olaraq, insanları çatışmır. Buna görə də, Rusiya təzyiq göstərməyə və getdikcə daha da sürətlə irəliləməyə davam edəcək. Ukraynalılar tez bir zamanda bir sektordan digərinə gücləndirmə qüvvələri köçürməli olacaqlar. Və nəticədə, onlar buna tab gətirə bilməyəcəklər. Hər şey çökəcək".

Bəxtiyar CƏFƏRLİ