Xaçmaz rayonunda kanalda meyit aşkarlanıb.
Herbiand.az-ın məlumatına görə, hadisə rayonun Ağaşirinoba kəndi ərazisində qeydə alınıb.
Meyiti tapılan şəxsin 1960-cı il təvəllüdlü Xudat şəhər sakini Leyla Ağamalıyeva olduğu müəyyən edilib.
Hadisə yerinə aidiyyəti qurumların əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.