Advertisment

Lənkəranda yol-nəqliyyat hadisəsi baş verib, 1 nəfər ölüb

Lənkəranda avtomobil yolun kənarında kiçik ticarətlə məşğul olan şəxsi vuraraq öldürüb.

Herbiand.az xəbər verir ki, hadisə rayonun Vilvan kəndi ərazisində qeydə alınıb.

Belə ki, hərəkətdə olan "Opel Astra" markalı nəqliyyat vasitəsi idarəetmədən çıxıb və yolun kənarında kiçik ticarətlə məşğul olan Lənkəran rayonunun Vilvan kənd sakini, 1986-cı il təvəllüdlü Turab İlham oğlu Şərifovu vuraraq yaxınlıqdakı kanala atıb. Nəqliyyat vasitəsi isə ağaca çırpılaraq dayanıb. Ətrafdakı insanların köməyi ilə T. Şərifov kanaldan çıxarılaraq Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Buna baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. Həkiməqədər ölüm faktı qeydə alınıb.