Advertisment

Yak-130M yüngül hücum təyyarəsinin 2-ci prototipi ilk uçuşunu başa vurub

Avqustun 1-də İrkutsk Aviasiya Zavodunda modernləşdirilmiş Yak-130M döyüş təlim təyyarəsinin ikinci prototipi uçuşunu başa vurub. O, həmçinin hücum təyyarəsi və yüngül qırıcı kimi də təsnif edilib.

Herbiand.az bildirir ki, bu barədə Strategiyalar və Texnologiyaların Təhlili Mərkəzi məlumat verib.

Yak-130M-in ilk prototipi iyun ayında səmaya qalxıb. Birləşmiş Aviasiya Korporasiyası ötən ilin oktyabr ayında ikinci Yak-130M prototipinin tamamlandığını elan edib. Həmin zaman şirkət Yak-130M pilot seriyasının üç təyyarədən ibarət olacağını qeyd edib.

Yak-130M təyyarələrinin ilk tədarükünün 2028-ci ildə başlaması planlaşdırılır. Rusiya bu təyyarəni qlobal bazarda fəal şəkildə təşviq edir. Təsdiqlənməmiş məlumatlara görə, Vyetnam təyyarənin ilk müştərisi ola bilər və iddialara görə, 18 ədəd almaq istəyir.

Bəxtiyar CƏFƏRLİ