Advertisment

FT: Avropada meşə yanğınlarının vurduğu zərər 3 milyard avronu ötüb

2026-cı ilin əvvəlindən etibarən Avropada meşə yanğınları və ekstremal isti hava şəraiti nəticəsində dəyən iqtisadi zərərin həcmi 3,1 milyard avronu keçib.

Financial Times qəzetinin yazdığına görə, ən böyük zərər Fransa, İspaniya, Portuqaliya, Yunanıstan və Rumıniyada qeydə alınıb. Bu göstərici Avropa Komissiyasının bütün Avropa İttifaqı üzrə illik orta hesabla 2,5 milyard avro təşkil edən zərər göstəricisini artıq üstələyib.

Nəşr bildirir ki, hesablamalar Avropa Komissiyasının metodologiyası əsasında aparılıb. Qiymətləndirmə yanğınlardan zərər çəkmiş ərazilərin əvvəlki vəziyyətinə qaytarılması üçün tələb olunan xərclərə əsaslanır və bununla həmin ərazilərin iqtisadi dəyəri müəyyən edilir.

Hesablamalara yeni meşələrin salınması, ağacların əkilməsi və onlara qulluq xərcləri də daxildir. Hektar üzrə bərpa xərcləri isə ölkədən, meşələrin yaşı və bitki örtüyünün xüsusiyyətlərindən asılı olaraq dəyişir.