Advertisment

ABŞ ordusu: İranı cəzalandırmaq üçün "yaradıcı" ideyalar ortaya qoyulmalıdır

ABŞ ordusundan İranı cəzalandırmaq üçün "yaradıcı və qeyri-ənənəvi" ideyalar irəli sürmələri istənilib.

Herbiand.az bildirir ki, bu barədə CNN mənbələrə istinadən xəbər verir.

"Bizə ideyalar lazımdır. Biz İrana təzyiq göstərmək və cəzalandırmaq üçün yeni, yaradıcı və qeyri-ənənəvi yollar axtarırıq", - CENTCOM kəşfiyyat zabiti geniş hərbi analitiklər qrupuna göndərdiyi mesajda yazıb.

İkinci mənbə də bildirib ki, ötən həftə yüksək vəzifəli ABŞ hərbi zabiti İranla necə əlaqə qurmaq barədə yeni ideyalar tələb edərək mesaj göndərib.

Bəxtiyar CƏFƏRLİ