Ermənistanın müdafiə naziri Suren Papikyan Ermənistan Silahlı Qüvvələrində xidmətin təşkili ilə bağlı iclas keçirib.
Herbiand.az erməni mətbiatına istinadən bildirir ki, Papikyan bu barədə Facebook səhifəsində video paylaşıb.
“Bu gün Ermənistan Silahlı Qüvvələrində xidmətin daha da təşkili, nizam-intizamın təkmilləşdirilməsi və davam edən işlər barədə iclas keçirdim”, - müdafiə naziri qeyd edib.
Bəxtiyar CƏFƏRLİ