Advertisment

Rusiyada sentyabr seçkilərindən sonra səfərbərlik ola bilər

Kreml sentyabr ayında Dövlət Dumasına keçirilən "seçkilərdən" sonra Ukraynadakı cəbhə xəttinə minlərlə yeni əsgər göndərmək üçün yeni səfərbərlik dalğasına başlaya bilər.

Herbiand.az bildirir ki, bu barədə The Wall Street Journal (WSJ) ABŞ administrasiyasındakı mənbələrə istinadən məlumat verir.

Onların sözlərinə görə, hakimiyyət bu ssenarini müqaviləli əsgərlərin axınının azalması səbəbindən nəzərdən keçirir ki, bu da Prezident Vladimir Putinin bütün Donbassı ələ keçirmək planlarına mane olur.

Nəşr qeyd edir ki, yeni səfərbərliyə minimal təlim keçmiş və ya ümumiyyətlə döyüşmək istəməyən ruslar daxil ola bilər. Halbuki, səfərbərliyin ilk dalğasında ehtiyatda olanları və hərbi təcrübəsi olan kişilər çağırılırdı.

Bəxtiyar CƏFƏRLİ