Rusiya Federal Təhlükısizlik Xidməti (FTX) Ukrayna Təhlükəsizlik Xidmətinin (UTX) tapşırığı ilə hərbi komissarlıqda yanğın planlaşdıran Kaluqa sakinini saxlayıb.
Herbiand.az bildirir ki, bu barədə FTX-nin İctimaiyyətlə Əlaqələr Mərkəzi məlumat verib.
Saxlanılan şəxs 2004-cü il təvəllüdlü Rusiya vətəndaşıdır. O, UTX nümayəndəsi ilə əlaqə saxlayıb və əməkdaşlıq etməyə başlayıb. Agentliyin məlumatına görə, həmin şəxs əvvəlcə rəhbərindən aldığı təlimatları yerinə yetirərək yaşayış binalarının divarlarına Rusiya hökumət rəsmilərini təhqir edən sözlər yazıb. Daha sonra Ukrayna tərəfi ona hərbi komissarlığı yandırmağı tapşırıb.
Şübhəlinin üzərində aparılan axtarış zamanı bir neçə qutu yandırıcı maddə və rəhbərlə yazışmaların olduğu rabitə vasitələri tapılıb. Onun barəsində cinayət işi açılıb.
Bəxtiyar CƏFƏRLİ