Pentaqon yeni nüvə strategiyası hazırlayır. Yeni proqramda xüsusilə, qısa mənzilli taktiki silahların mümkün istifadəsinə diqqət yetiriləcək.
Herbiand.az bildirir ki, bu barədə NBC kanalı beş məlumatlı mənbəyə istinadən məlumat verib.
Kanalın məlumatına görə, yeni strategiya onilliklər boyu sarsılmaz hesab edilən nüvə silahlarına əvvəlki yanaşmanı şübhə altına alır: “Qurumun təklifləri strategiyanın ABŞ prezidenti üçün heç bir hərəkət kursunu istisna etməyəcəyini, əksinə "seçim məkanını genişləndirəcəyini, ona real və etibarlı seçimlər təqdim edəcəyini və bununla da çəkindirməni gücləndirəcəyini" nəzərdə tutur”.
"Biz hesab edirik ki, nüvə silahlarının istifadəsi üçün etibarlı variantlara ehtiyacımız var", - Pentaqondakı mənbə bildirib.
Bəxtiyar CƏFƏRLİ