Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam edir.
Növbəti köç karvanı Xocavənd şəhərinə, rayonun Qırmızı Bazar qəsəbəsinə və Xocavənd kəndinə çatıb. Doğma yurda qayıdan sakinlər üçün təşkil olunan mərasimdə onlara yeni mənzillərinin açarları təqdim edilib.
Tədbirdə Azərbaycan Respublikası Prezidentinin Ağdam, Füzuli və Xocavənd rayonlarında xüsusi nümayəndəliyinin əməkdaşları, Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələri, eləcə də digər rəsmi şəxslər iştirak ediblər.
Bu mərhələdə Xocavənd şəhərinə 20 ailə – 81 nəfər, Qırmızı Bazar qəsəbəsinə 2 ailə – 9 nəfər, Xocavənd kəndinə isə 5 ailə – 17 nəfər köçürülüb.