Advertisment

Son altı ayda təbii və texnogen mənşəli hadisələrdə 28 nəfər ölüb

2026-cı ilin I yarımilliyi ərzində respublika ərazisində ümumilikdə 7334 təbii və texnogen mənşəli hadisə baş verib.

Herbiand.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin məlumatında qeyd edilib.

Bildirilib ki, bu, 2025-ci ilin I yarımilliyi ilə müqayisədə 1864 hadisə və ya 20% azdır.

Baş vermiş təbii və texnogen mənşəli hadisələr nəticəsində 28 nəfər ölüb, 133 nəfər xəsarət alıb. Nazirliyin xilasediciləri tərəfindən 19 nəfər xilas edilib, 983 nəfər təxliyə olunub.