Advertisment

Qeyri-sabit hava davam edəcək

Azərbaycanda qeyri-sabit hava avqustun 14-dək davam edəcək.

Herbiand.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin rəsmi saytında dərc olunmuş məlumatda bildirilib.

Qeyd edilib ki, Azərbaycanın rayonlarında müşahidə olunan qeyri-sabit hava şəraitinin avqustun 14-dək davam edəcəyi, fasilələrlə yağış yağacağı gözlənilir.

"Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, avqustun 11-12-də əsasən dağlıq və dağətəyi rayonlarda yağıntıların güclənəcəyi ehtimalı var. Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi istisna olunmur", - deyə məlumatda qeyd edilib.