Advertisment

Husilər Səudiyyə Ərəbistanına məxsus hərbi yük gəmisini ballistik raketlə vurub

Husilər Qırmızı dənizdə Səudiyyə Ərəbistanına məxsus hərbi yük gəmisini hədəfə alıb.

Herbiand.az xəbər verir ki, bu barədə husilər məlumat yayıb.

Məlumata görə, Qırmızı dənizdə əl-Moxa limanı sahillərində hərbçilər və silah daşıyan Səudiyyə Ərəbistanına məxsus gəmi, eləcə də 4 qayıq ballistik raketlərlə vurulub.

Qeyd olunub ki, zərbə nəticəsində baş verən yanğın bütün gəmini əhatə edib, qayıqlar batıb və ya yanıb.

Xatırladaq ki, Yəmənin əl-Moxa limanı husilərin hücumları səbəbindən fəaliyyətini dayandırıb.