Advertisment

Husilər "Saudi Aramco"nun neftayırma zavodunu dronla vurub

Husilər Səudiyyə Ərəbistanının Cizan bölgəsində yerləşən neftayırma zavoduna dronlarla hücum edib.

Herbiand.az xəbər verir ki, bu barədə husilər yerli media orqanına məlumat verib.

Zavodun "Saudi Aramco" şirkətinə məxsus olduğu bildirilib.

Hadisənin təfərrüatları hələlik məlum deyil.