Advertisment

Rusiyanın böyük sualtı qayıq əleyhinə gəmisi Yapon dənizində təlim keçirib

Rusiya Hərbi Dəniz Qüvvələrinin "Admiral Panteleev" böyük sualtı qayıq əleyhinə gəmisi Yapon dənizində simulyasiya edilmiş düşmən sualtı qayıqlarının axtarışı üzrə təlimlər keçirib.

Herbiand.az bu barədə Rusiya Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir.

Nazirlikdən bildirilib ki, Sakit okean donanmasının dəniz aviasiyasına məxsus Ka-27PL helikopteri ilə əməkdaşlıq çərçivəsində sualtı təhlükələri axtararkən, təqibdən yayınmağa çalışan simulyasiya edilmiş düşmən sualtı qayığı aşkar edilib. Sonra gəmi heyəti hədəfə hücum edib və torpedalardan salvo atəş açıb.

"Admiral Panteleev" gəmisinin uzunluğu 163 metrdir. Gəmi səkkiz "Kinjal" hava hücumundan müdafiə raket sistemi buraxılış qurğusu (64 raket), iki dörd konteynerli "Rastrub" raket-torpeda buraxılış qurğusu, RBU-6000 raket buraxılış qurğusu, AK-100 və AK-630M artilleriya qurğuları ilə silahlanıb.

Bəxtiyar CƏFƏRLİ