Advertisment

Rusiyanın Stokholmdakı səfiri: “İsveç qırıcıları Kiyevə kömək etməyəcək

İsveçin Ukraynaya tədarük edəcəyi Gripen qırıcı təyyarələri Kiyevə kömək etməyəcək. Xüsusi hərbi əməliyyatın məqsədlərinə istənilən halda nail olunacaq.

Herbiand.az xəbər verir ki, bunu Rusiyanın Stokholmdakı səfiri Sergey Belyayev RIA Novosti-yə verdiyi müsahibədə bildirib.

İsveçin Baş naziri Ulf Kristersson iyul ayında ölkəsinin Ukraynaya 32 Gripen qırıcı təyyarəsi tədarük edəcəyini, bunlardan 16-sının yeni model olacağını deyib. İstismardan çıxarılmış 16 təyyarə isə bağışlanacaq.

Söhbət Kiyevə İsveç istehsalı olan 150-yə qədər təyyarənin  satılmasından gedir.

Bəxtiyar CƏFƏRLİ