Advertisment

ABŞ-ın keçmiş xüsusi elçisi qadınların Ukrayna ordusuna çağırılmasını dəstəkləyir

Ukraynada qadınların səfərbərliyinin genişləndirilməsi ideyası ABŞ-ın Ukrayna üzrə keçmiş xüsusi elçisi Kit Kelloq tərəfindən dəstəklənib.

Herbiand.az bildirir ki, bu barədə Strana.ua xəbər verir.

"Hesab edirəmmi ki, qadınların orduya səfərbər edilməsi lazımdırmı? Mənim cavabım: bəli, çünki onlar kişilərdən heç də pis döyüşmürlər. Cəmiyyətin bir hissəsi olaraq qadınların da xidmət etməsi vacibdir", - Kelloq deyib.

O, vurğulayıb ki, nə şəxsi, nə də peşəkar baxımdan belə qərara heç bir maneə görmür. Kelloq nümunə olaraq öz ailəsini göstərib: qızı Əfqanıstanda döyüşlərdə iştirak edib, həyat yoldaşı isə Qrenadada desant olaraq xidmət edib.

Bəxtiyar CƏFƏRLİ