Advertisment

MWM: Odessaya edilən zərbələr NATO-nun Ukraynaya silah təchizatını çətinləşdirir

Rusiyanın Odessadakı hədəflərə endirdiyi zərbələr NATO üzv dövlətlərinin Ukraynaya silah tədarük etmək qabiliyyətini çətinləşdirir.

Herbiand.az bildirir ki, bu barədə Amerikan Military Watch Magazine nəşri yazıb.

"Ukrayna Qara dənizin əsas logistika və ixrac mərkəzi olduğundan, liman qurğularına edilən zərbələr NATO üzv dövlətlərinin Kiyevi silahla təmin etmək qabiliyyətini məhdudlaşdırmaqda, Ukrayna iqtisadiyyatına və Qərb sponsor ölkələrinə əlavə təzyiq göstərməkdə əsas rol oynayır", - nəşr qeyd edib.

Nəşr xatırladıb ki, 9 avqustda Odessa dronlar və raketlərdən istifadə edilməklə birgə hücuma məruz qalıb: “Bu zərbə Ukrayna Silahlı Qüvvələrinin logistika qurğularını məhv etmək üçün daha geniş kampaniyanın bir hissəsi olub. Növbəti böyük dalğa 19-20 avqust tarixlərində baş verib”.

Qeyd olunub ki, Odessadakı hədəflərə edilən kütləvi zərbə zamanı Rusiya qüvvələri ballistik və qanadlı raketlərdən istifadə edib. Odessa bölgəsində Moldova ilə sərhəd keçid məntəqəsinə də hücum edilib.

Müəlliflər həmçinin vurğulayıblar ki, Rusiya qüvvələri zərbələr zamanı beşinci nəsil Su-57 qırıcı təyyarələrindən fəal şəkildə istifadə etməyə başlayıblar.

Bəxtiyar CƏFƏRLİ