Ukrayna ordusu yenidən Rusiya ərazisinin dərinliklərindəki hədəflərə qarşı kütləvi şəkildə dronlar atmaq taktikasından istifadə etməyə başlayıb.
Herbiand.az bildirir ki, bu barədə Rusiya Dövlət Dumasının deputatı Andrey Kolesnik deyib.
Xatırladaq ki, 18 avqust gecəsi Moskva vilayəti Ukrayna dronlarının böyük hücumuna məruz qalıb.
Deputat hesab edir ki, Ukrayna Silahlı Qüvvələri belə kütləvi atışlardan Rusiya hava hücumundan müdafiə sisteminin imkanlarını sınaqdan keçirmək və potensial olaraq həssas bölgələri müəyyən etmək üçün istifadə edə bilər: “Bundan əlavə, Ukraynanın hərbi-siyasi rəhbərliyi Rusiya vətəndaşlarını etiraz aksiyalarına təhrik etmək istəyir. İndi kütləvi zərbələrin, dronların dəstə-dəstə uçduğunun şahidi oluruq. Onlar yenidən bu taktikaya əl atıblar. Düşünürəm ki, maddi ziyan vurmaqla yanaşı, Rusiya vətəndaşları arasında narazılıq yaratmaqla nifaq salmağa çalışırlar. Bu, əsrlər boyu onların məqsədi olub və heç nə dəyişməyib”.
Bəxtiyar CƏFƏRLİ