Moskva İsrailin Ukraynaya mümkün silah tədarükü ilə bağlı məlumatları İsraillə müzakirə edir və bu məlumatların təsdiqlənmədiyinə dair zəmanət alır.
Herbiand.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin Yaxın Şərq və Şimali Afrika Departamentinin direktoru Aleksandr Kinşak “İnterfaks” agentliyinə verdiyi müsahibədə bildirib.
"İsrailin Kiyev rejiminə silah tədarükü ilə bağlı vaxtaşırı bu cür "dezinformasiya"ları qeydə alırıq. Biz onları müxtəlif kanallar vasitəsilə İsrail tərəfi ilə tez bir zamanda müzakirə edirik və bu cür məlumatların yalan olduğuna dair zəmanətlər, eləcə də Qərbi Qüdsün bu həssas məsələdə sarsılmaz mövqeyinin təsdiqini alırıq", - agentlik diplomatın sözlərini sitat gətirib.
Kinşak qeyd edib ki, Ukrayna böhranı və Yaxın Şərqdəki gərginlik Rusiya ilə İsrail arasındakı münasibətlərə təsir edib: “Bununla belə, İsrail Qərb müttəfiqlərinin güclü təzyiqinə baxmayaraq, rəsmi olaraq Rusiya əleyhinə sanksiyalara qoşulmayıb. Rusiyaya məhdudiyyətlər qoymaqdan imtina etməsinə baxmayaraq, bir sıra İsrail iş adamları ikitərəfli əməkdaşlıqda "aşağı profil" saxlayırlar”.
Bəxtiyar CƏFƏRLİ