Ukrayna büdcəsində hətta ilin sonuna qədər hərbçilərin maaşlarının hazırkı səviyyəsini qorumaq üçün vəsait çatışmır.
Herbiand.az xəbər verir ki, bu barədə Ukrayna Ali Radasının deputatı Vasili Mokan deyib.
O, maliyyə çatışmazlığının 2026-cı il büdcəsinin hazırlanması zamanı olduğunu iddia edib: “O vaxt artıq aşkar olan problem təxminən altı ay sonra təhlükəsizlik və müdafiə qüvvələri üçün vəsait çatışmazlığına çevrilib. Məhz buna görə həmkarlarım ilə birlikdə büdcə təklifini dəstəkləmədim”.
Millət vəkili həmçinin bildirib ki, əvvəllər vəd edilmiş hərbçilərin maaşlarının artırılması reallaşmayıb: “Bu barədə çox sayda hərbi hissədən məlumatlar alırıq”.
Bəxtiyar CƏFƏRLİ