Advertisment

Rusiyada gəmiqayırma zavoduna görə ada sökülür

Sankt-Peterburqda yerləşən "Lenmorniiproekt" şirkəti Yekaterinqof hövzəsi yaxınlığındakı suların yenidən qurulması üçün mühəndislik tədqiqatları aparmaq üçün podratçı axtarır.

Herbiand.az bildirir ki, bu barədə "Fontanka" nəşri yazıb.

Məlumata görə, bura “Severnaya Verf” gəmiqayırma zavodunun modernləşdirilməsinə mane olan Krivaya Damba adasının sökülməsi də daxildir.

Tender 9 sentyabrda elan edilib və dəyəri 26 milyon rubl təşkil edib. Texniki şərtlərə görə, tədqiqatlar iki mərhələdə aparılmalıdır: əvvəlcə Krivaya Dambada, sonra isə Şimalda (Neva körfəzinə girməzdən əvvəl).

Nəşrin məlumatına görə, əlavə edilmiş plan "Yekaterinqof hövzəsi yaxınlığındakı liman sularının yenidən qurulması. Krivaya Damba adasının sökülməsi də daxil olmaqla" adlanır.

"Fontanka" qeyd edir ki, “Severnaya Verf” gəmiqayırma zavodunun modernləşdirmə planlarına sulardakı süni adanın çıxarılması daxildir. Onun sökülməsi illərdir planlaşdırılırdı, lakin maliyyə, ekoloji və hüquqi maneələr səbəbindən çətinliklər yaradırdı.

Bəxtiyar CƏFƏRLİ