Advertisment

Mansur Yavaş partiyadan gedəcəyi ilə bağlı iddialara cavab verdi

Xəbər verildiyi kimi, dünən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankara Böyükşəhər Bələdiyyəsinin sədri Mansur Yavaşı qəbul edib. Hebriand.az xəbər verir ki, görüşdən açıqlama verən Mansur Yavaş görüşün yeganə gündəminin Ankaranın problemləri və infrasturktur layihələri olduğunu bildirib.

Lakin siyais kuluarlarda Yavaşın Cümhuriyyət Partiyasından gedəcəyinə dair xəbərlər yayılıb. Bələdiyyə sədri bu xəbərləri təkzib edib.

Qeyd edib ki, görüşdən CHP-nin Baş katibi Kamal Kılıçdaroğlu və sabiq partiyadaşı, Yeni Partiyanın Başqanı Özgür Özəl məlumatlı olub.

“Son günlər şəxsiyyətim, siyasi mövqeyim və keçirdiyim görüşlərlə bağlı müxtəlif şərhlər verilir, iddialar və mümkün senarilər irəli sürülür. Heç bir şübhəyə yer qoymadan açıq və aydın şəkildə ictimaiyyətlə bölüşmək istəyirəm. Mən Ankara bələdiyyəsinin sədriyəm. Ankara sakinlərinin xalqının mənə verdiyi vəzifə siyasi dedi-qoduların ardınca getmək deyil.  Mənim vəzifəm paytaxtın problemlərini həll etmək, 6 milyon ankaralıya xidmət etməkdir”-deyə, o, bildirib.

E.Cəfərli

Herbiand.az