Advertisment

Ekstremal hava hadisələri artır: iqlim riskləri necə azaldıla bilər?

"Bakı İqlim Fəaliyyəti Həftəsi 2026" çərçivəsində keçirilən "Süni intellektin çoxsaylı təhlükələrə dair erkən xəbərdarlıq sistemlərinə inteqrasiyasının üstünlükləri və çağırışları" adlı panel sessiyada çıxış edən ekologiya və təbii sərvətlər nazirinin müavini Umayra Tağıyeva

Azərbaycanda iqlim riskləri ilə bağlı hallar müşahidə edildiyini bildirib. Onun sözlərinə görə, son 10 il ərzində ekstremal hava-iqlim hadisələrinin sayı və intensivliyi xeyli artıb və sektoral inkişaf planlarında iqlim məsələlərinin inteqrasiyasını zəruri edib. U.Tağıyeva hesab edir ki, Avropada şiddətli istilər, Nepalda dağıdıcı sellər, dünyanın bir çox ölkəsində iqlim prosesləri göstərir ki, bu mövzuya həssas yanaşmaq lazımdır.        

“Səma və Eko” sosial-iqtisadi inkişafa yardım İctimai Birliyinin sədri İradə Həsənova herbiand.az-a açıqlamasında bildirib ki, yaşadığımız dövrdə müşahidə olunan temperatur yüksəlməsi, quraqlıq, su ehtiyatlarının azalması, intensiv yağışlar, onun törətdiyi fəsadlar: sel və daşqınlar ölkəmiz üçün ciddi risklər yaradır. Fikrimcə, iqlim dəyişikliklərinin yaratdığı fəsadların qarşısının alınması təkcə dövlət qurumlarının və bu sahənin mütəxəssislərinin üzərinə düşən vəzifə deyil.

Bu mübarizə cəmiyyətin bütün təbəqələrinin birgə fəaliyyətini tələb edir. Vətəndaş cəmiyyəti institutları, qeyri-hökumət təşkilatları, elm və təhsil müəssisələri, biznes sektoru və ayrı-ayrı vətəndaşlar bu prosesdə fəal iştirak etməlidirlər.

Düşünürəm ki, ilk növbədə, cəmiyyətin iqlim dəyişmələrinin yaratdığı təhlükələr barədə məlumatlılığını artırmaq vacibdir. İnsanlar gündəlik davranışlarının ətraf mühitə təsirini daha yaxşı dərk etməlidirlər.

Su və enerjiyə qənaət, yaşıllıqların qorunması, məişət tullantıların düzgün idarə edilməsi, meşə və digər təbii ərazilərdə ekoloji qaydalara riayət olunması hər kəsdən ciddi məsuliyyət tələb edir”.

İradə Həsənova hesab edir ki, müasir dövrdə şəhər mühitində ekoloji tarazlığın qorunması  xüsusi əhəmiyyət daşıyır. Onun sözlərinə görə, yaşıllıq sahələrinin genişləndirilməsi, mövcud meşələrin mühjafizə olunması və yeni yaşıllıq zolaqlarının salınması şəhər siyasətinin əsas prioritetərindən olmalıdır.

“Sürətli urbanizasiya, plansız “betonlaşma” şəhərlərdə istilik effektini gücləndirir, havanın keyfiyyətinə mənfi təsir göstərir və tənəffüsümüz çətinləşir. Buü zdən şəhərsalma layihələri zamanı iqlim amili daha ciddi nəzərə alınmalıdır”-deyə, o, bildirib.

Ölkəmiz üçün mühüm məsələlərdən birinin də su təhlükəsizliyi olduğunu xatırladan ekoloq deyib ki, su resurslarının məhdudluğu və iqlim fəsadlarını su hetiyatlarına təzyiqi gələcəkdə ciddi çağırışlar yuaradacaq.

E.Cəfərli

Herbiand.az