Advertisment

Rusiya qoşunları Ukraynadakı data mərkəzlərə zərbə endirib

Rusiya qoşunları Ukraynadakı data mərkəzlərə dron və ballistik raketlərlə zərbə endirib.

Herbiand.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Rusiya ordusu Kiyevdəki "Be Mobile" data mərkəzinə zərbə endirib.

Bundan başqa, Kiyev şəhəri, Kiyev, Xmelnitski və Dnepropetrovsk vilayətlərindəki obyektlərə zərbə endirildiyi bildirilib.

"Odessa və Çernomorks limanlarına, Qara dənizdəki Ukrayna Silahlı Qüvvələrinin təchizatı üçün istifadə edilən dəniz gəmilərinə də zərbə endirilib", Rusiya MN-nin məlumatında qeyd olunub.