Almaniya üçün Alternativ Partiyasının Saksoniya-Anhalt federal əyalətində keçirilən seçkilərdə əldə etdiyi uğur birmənalı qarşılanmayıb.
Herbiand.az xəbər verir ki, Almaniyanın sabiq kansleri Angela Merkel bu hadisəni Almaniya üçün “dönüş nöqtəsi” adlandırıb. Sabiq kansler seçkinin nəticəsinin onu dərindən sarsıtdığını bildirib.
“Bu hadisə Almaniya tarixində yaşadığımız əsl dönüş nöqtəsidir. Bir qədər daha emosional ifadə etsəm, Xristian Demokrat İttifaqının üzvü kimi ürəyim qan ağlayır”.
Merkel demokratik partiyaları vətəndaşlarla birbaşa təmasları gücləndirməyə, xüsusilə sosial mediada Almaniya üçün Alternativ Partiyasına qarşı daha fəal mübarizə aparmağa çağırıb.
E.Cəfərli