Advertisment

Paytaxtı tüstüyə boğan avtobuslar: onları xəttə kim buraxır? -VİDEO

Bu kadrlar Mərdəkan şossesində Bakı sakini tərəfindən lentə alınıb.

Təəsüf doğuran bu görüntülər ekoloji nəzarətin vacibliyini bir daha gündəmə gətirir. Video görüntülərdən aydın olur ki, 340 saylı marşrut xətti üzrə hərəkət edən avtobus texniki baxımdan saz vəziyyətdə olmadığı üçün atmosferə həddindən artıq qatı qara tüstü buraxır.

Ölkəmiz qlobal miqyasda atmosferdə karbon emissiyalarının azaldılması və ətraf mühitin mühafizəsi üzrə mühüm öhdəliklər götürüb. Son illər buna uyğun böyük layihələr icra olunub. Bərpa olunan enerjiyə keçid istiqmaətdinə mühüm işlər görülüb. Paytaxtın nəqliyyat infrastrukturu ekoloji düşüncəyə əsaslanan layihələr üzrə yenilənir. Amma çox təəssüf ki, marşrut xəttlərinə bu cür xarab nəqliyyat vasitələri də buraxılır.

 Unutmaq olmaz ki, ictimai nəqliyyatda istifadə olunan yararsız və texniki normativlərə cavab verməyən avtomobillər həm havanı ciddi şəkildə çirkləndirir, həm də sakinlərin sağlamlığına təhlükə yaradır.

Müvafiq dövlət qurumları və daşıyıcı şirkətlər xəttə buraxılan nəqliyyat vasitələrinin texniki vəziyyətinə nəzarəti gücləndirməli, bu cür texniki nasaz avtobusları xəttdən çxıarmalıdır.

E.Cəfərli

Herbiand.az