Pakistanın şimal-qərbində yerləşən Dera-İsmayıl-Xan şəhərində törədilən dəhşətli partlayış nəticəsində 11 nəfər həlak olub, 30 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Bu barədə “Al Arabiya” telekanalı xilasetmə xidmətlərinə istinadən məlumat yayıb.
Məlumata görə, qanlı insident polis nəzarət-buraxılış məntəqəsinin yaxınlığında baş verib. Hadisə yerinə cəlb olunan hüquq-mühafizə orqanlarının əməkdaşları yaralıların dərhal yaxınlıqdakı xəstəxanalara çatdırıldığını bildiriblər. Müayinə olunan yaralılardan bəzilərinin vəziyyətinin kritik olduğu vurğulanır.
Qeyd edək ki, Dera-İsmayıl-Xandakı partlayışın minik avtomobilinə yerləşdirilmiş patlayıcı qurğunu işə salan kamikadze-terrorçu tərəfindən törədildiyi bəlli olub. Hücumun məsuliyyətini “Təhrik-i-Taliban Pakistan” (TTP) terror qruplaşması öz üzərinə götürüb. TTP Əfqanıstan “Taliban” hərəkatından ayrı bir təşkilat olsa da, onunla sıx müttəfiqlik əlaqələrini saxlayır.
Qafqazinfo