Advertisment

Türkiyədə Azərbaycan şəhidlərinin xatirəsi anılıb

27 Sentyabr – Anım Günü ilə əlaqədar olaraq dünyanın müxtəlif ölkərlərində anım tədbirləri keçirilib. Qardaş Türkiyənin İstanbulda şəhidlərin xatirəsinə həsr olunmuş tədbir keçirilib.

İstanbul Şehit Aileleri Yardımlaşma Sosial Kültürel Dayanışma Dərnəyi və Azərbaycan Şəhid Analarına Dəstək İctimai Birliyinin birgə təşkilatçılığı ilə baş tutub.

Azərbaycan Şəhid Analarına Dəstək İctimai Birliyinin sədri Veyran Həsənova Herbiand.az-a açıqlamasında bildirib ki, tədbirdə Qarabağ müharibəsində qəhrəmanlıqla döyüşən, Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda canından keçən şəhidlər yad edilib.

Şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb. Çıxışlarda Vətən uğrunda canından keçən qəhrəmanların həyat və döyüş yolundan bəhs edilib.

Bildirilib ki, şəhidlərin göstərdiyi qəhrəmanlıq Azərbaycan xalqının yaddaşında daim yaşayacaq. Tədbir iştirakçıları şəhid ailələrinə göstərilən diqqət və qayğının əhəmiyyətini də vurğulayıblar.

Murad Muradlı

Herbiand.az