İlon Maskın “SpaceX” şirkətinə məxsus “Starship” kosmik gəmisi suya eniş zamanı partlayıb. Herbinad.az xəbər verir ki, hadisə “SpaceX” şirkətinin X sosial şəbəkəsində canlı yayımlanıb.
Məlumata görə, aparat uğurla şaquli vəziyyət alıb və okeana enməyə başlayıb. Lakin mühərrikləri suyun dərinliyində gözdən itdikdən sonra partlayış baş verib. Suyun üzərində alov topası yaranıb və “Starship”in hissələri havaya səpələnib.
Qeyd edək ki, bundan əvvəl “SpaceX” şirkətinin “Falcon” ailəsinə aid 700-cü raketi buraxdığı barədə məlumat yayılmışdı.
E.Cəfərli