Advertisment

Rusiya ordusu bu istiqamətdə 94 binanı ələ keçirib

Rusiya qoşunları Dobropolyada (Donetsk vilayəti – red.) əməliyyatları davam etdirir.

Herbiand.az Rusiya Müdafiə Nazirliyinə istinadən bildirir ki, “Mərkəz” qrupunun bölmələri 24 saat ərzində şəhərin qərb və şərq hissələrində 94 bina üzərində nəzarəti ələ keçirib. Əməliyyat zamanı mühasirəyə alınmış Ukrayna qüvvələrinin itkiləri 30-dan çox olub.

Qeyd olunub ki, PUA ekipajları döyüşlərdə fəal iştirak edir. Rusiya qoşunları həm fiber-optik FPV dronlarından, həm də radio ilə idarə olunan təyyarələrdən istifadə edir.

Bəxtiyar CƏFƏRLİ