Advertisment

Olland: ABŞ Ukraynadan Rusiyaya ərazi güzəşti tələb edir

“ABŞ Ukraynanı Rusiyaya müqavimət göstərməsi üçün zəruri silahlarla təmin etmir”.

Herbiand.az xəbər verir ki, bunu Fransanın keçmiş prezidenti Fransua Olland deyib.

Ollandın sözlərinə görə, müttəfiq öz müttəfiqindən ərazilərini güzəştə getməyi tələb etməz, arxa planda isə Çinlə ticarət sazişləri bağlaya və müttəfiqinin məhsullarına gömrük rüsumları tətbiq etməz. O bildirib ki, müttəfiq hücum baş verəcəyi təqdirdə yardım vəd etməli və Ukraynaya müqavimət göstərməsi üçün zəruri olan vasitələri verməlidir.

Fransanın keçmiş prezidenti həmçinin qeyd edib ki, Avropa ABŞ-dən getdikcə uzaqlaşmasından nəticə çıxarmalıdır: “Məqsəd ABŞ-dən qopmaq deyil, öz təhlükəsizliyini, sənayesini və texnoloji suverenliyini təmin etməkdir”.

Teleqraf