Advertisment

Putin Rusiya ordusunun iki bölməsinə "Qvardiya" titulunu verib

Rusiya Prezidenti Vladimir Putin 318-ci ayrı-ayrı xüsusi təyinatlı radiotexnika alayına və 92-ci ayrı-ayrı xüsusi təyinatlı radiotexnika briqadasına "Qvardiya" fəxri adını verib.

Herbiand.az bildirir ki, müvafiq fərmanlar hüquqi aktların dərc olunması üçün rəsmi veb saytında yerləşdirilib.

Hər iki sənəd imzalandığı gündən - 28 sentyabrda qüvvəyə minir.

Bəxtiyar CƏFƏRLİ