Advertisment

Rusiya hərbçiləri UAZ-ı evakuasiya maşınına çeviriblər

Rusiya hərbçiləri UAZ "Buxanka"nı vurulmuş yüngül nəqliyyat vasitələrini daşımaq üçün evakuasiya maşınına çeviriblər.

Herbiand.az Rusiya mətbuatına istinadən bildirir ki, nəqliyyat vasitəsi “Cənub” qüvvələr qrupunun 1442-ci mühafizə alayının təmir bölməsinin mütəxəssisləri tərəfindən hazırlanıb.

Belə nəqliyyat vasitəsinin hazırlanması 5 gün vaxt aparır.

Alayın "Kazak" ləqəbli sürücü-qaynaqçısı TASS agentliyinə bildirib ki, dizayn hərbçilərin özləri tərəfindən düşünülüb və yığılıb. İlk prototiplər bir neçə il əvvəl ortaya çıxıb və artıq üç ildir ki, xidmətdədir. Bu müddət ərzində yeni nəqliyyat vasitələri təyin olunmuş tapşırıqları yerinə yetirməkdə öz dəyərlərini və faydalı olduqlarını sübut ediblər.

O, qeyd edib ki, təmirçilər kifayət qədər təcrübə toplayıblar və cəmi bir neçə günə növbəti nəqliyyat vasitəsini hazırlaya bilərlər. Üstəlik, "Buxanka"nın özünün imkanları yalnız zədələnmiş nəqliyyat vasitələrini bərpa etməklə məhdudlaşmır. “Kazak”ın sözlərinə görə, maşın universaldır və döyüş zonalarında müxtəlif ehtiyaclara uyğunlaşdırıla bilər.

Bəxtiyar CƏFƏRLİ