ABŞ-ın MSI Defense Solutions şirkəti Yunanıstan Hərbi Dəniz Qüvvələrinə təhvil verilmiş Sahil Mühafizəsinin keçmiş katerlərinə 20 mm-lik uzaqdan idarə olunan stabilləşdirilmiş LIONFISH 20 top sistemlərinin inteqrasiyasını başa çatdırıb.
Herbiand.az bildirir ki, işlərə qayıq konstruksiyalarının gücləndirilməsi, qüllənin montajının dəyişdirilməsi, əlaqəli elektronikanın inteqrasiyası, komanda və idarəetmə stansiyasının təkmilləşdirilməsi də daxil idi.
Uzunluğu 33,5 metr olan qayığın heyəti 16 nəfərdən ibarətdir.
Təhvil verildiyi vaxta qədər qayıqlar 12,7 mm-lik pulemyotlar, yeni radarlar və optronik sistemlərlə təchiz olunmuşdu.
Bəxtiyar CƏFƏRLİ