Rusiya Prezidenti Vladimir Putin ölümündən sonra “Axmat” batalyonlarından birinin komandiri, "Şustrıy" ləqəbli baş leytenant Zelimxan Batukayevə Rusiya Qəhrəmanı adı verib.
Herbiand.az RİA Novosti agentliyinə istinadən bildirir ki, mükafat onun ailəsinə təqdim edilib.
Məlumata görə, “Qızıl Ulduz” dövlət medalı Batukayevin anası Taus Batukayevaya Qroznıda regional hökumətin sədri Maqomed Daudov və Cənub Hərbi Dairəsinin komandanı vəzifələrini icra edən general-leytenant Vladimir Koçetkov tərəfindən təqdim edilib.
Zelimxan Batukayevin ölümü barədə ötən ilin fevral ayında “Axmat” xüsusi təyinatlı dəstəsinin komandiri və Rusiya Müdafiə Nazirliyinin Baş Hərbi-Siyasi İdarəsinin rəis müavini, general-mayor Apti Alaudinov məlumat verib. O bildirib ki, Batukayev iş yerində üç gün yuxusuz qaldıqdan sonra insult və ya infarktdan vəfat edib.
Bəxtiyar CƏFƏRLİ